Azadlıq prospekti 183
+994 (50) 459-26-16
Azərbaycan bayrağı

Lazer epilyasiya avadanlıqları

Nexgen SHR

  • Epilyasiya, tatu silmə, karbon pilinq prosedurlarını özündə cəmləyir
  • Qiymətinə nəzərən performansı yüksəkdir
  • Orijinal sapphire şüşə ilə təmin edilib, yeni nəsil DPL texnologiyalı epilyasiya başlığına sahibdir
Mərkəzində bir cihazla bir çox istiqamətdə keyfiyyətli prosedur təqdim etmək istəyənlər üçün təklif etdiyimiz Nexgen çoxfunksiyalı platforma haqqında ətraflı məlumat aşağıda təqdim olunur.
Təsvir
Əlavə Məlumat
Foto qalereya

Ümumi Texniki Məlumatlar

ParametrTexniki göstərici
Cihazın tipiÇoxfunksiyalı gözəllik sistemi
ModelNexGen SHR
İstehsalçıKFL TECHNOLOGY Co., LTD.
TexnologiyalarDPL + Nd:YAG
Tətbiq sahələriLazer epilyasiyası, tatu silmə, karbon pilinq və digər kosmetoloji prosedurlar


DPL – Dynamic Pulsed Light

XüsusiyyətMəlumat
TexnologiyaDPL (Dynamic Pulsed Light)
Başlıq xüsusiyyətiSapphire şüşə ilə təchiz olunmuşdur
Əsas tətbiqLazer tipli fotoepilyasiya

DPL başlığı müasir fotoepilyasiya texnologiyalarından biri olmaqla, orijinal sapphire (sapfir) şüşə ilə təchiz edilmişdir. Bu xüsusiyyət başlığın iş zamanı stabil fəaliyyət göstərməsinə və epilyasiya prosedurlarının effektiv şəkildə həyata keçirilməsinə kömək edir.

Nd:YAG Başlığı

XüsusiyyətMəlumat
TexnologiyaNd:YAG
Ucluq sayı5 ədəd
Əsas tətbiq sahələriTatu silmə və karbon pilinq


Soyutma və Təhlükəsizlik Sistemi

NexGen SHR prosedurlar zamanı cihazın stabil işləməsini dəstəkləyən kontakt soyutma sistemi ilə təchiz olunub. Daxili soyutma sistemi radiator vasitəsilə istiliyin idarə olunmasına kömək edir.

ParametrTexniki göstərici
Soyutma növüKontakt soyutma
Daxili soyutma sistemiRadiator
Su sisteminin mühafizəsiSu sərfiyyatı, su səviyyəsi və su temperaturuna nəzarət
Su nasosuDP-60
Su çəninin həcmi5 litr


İdarəetmə Paneli

NexGen SHR istifadənin rahatlığını artırmaq üçün geniş və həssas LCD ekranla təchiz olunmuş intuitiv idarəetmə sisteminə malikdir.

ParametrTexniki göstərici
Ekran12,1 düymlük ultrahəssas LCD ekran
İdarəetmə sistemiİntuitiv idarəetmə sistemi
İnterfeysRahat və istifadəçi yönümlü idarəetmə


NexGen SHR-in Əsas Üstünlükləri

  • DPL və Nd:YAG texnologiyalarının birləşməsi
  • Çoxfunksiyalı kosmetoloji sistem
  • DPL başlığında orijinal sapphire şüşə
  • Effektiv fotoepilyasiya üçün DPL texnologiyası
  • 5 uclu Nd:YAG başlıq
  • Tatu silmə və karbon pilinq
  • Kontakt soyutma sistemi
  • Radiator əsaslı daxili soyutma
  • Su sərfiyyatı, səviyyəsi və temperaturuna nəzarət sensorları
  • DP-60 su nasosu
  • 5 litrlik su çəni
  • I–VI dəri tipləri üçün uyğunluq
  • 12,1 düymlük ultrahəssas LCD ekran
  • İntuitiv idarəetmə sistemi
Nexgen SHR cihazının epilyasiya başlığı orijinal sapphire şüşə ilə təchiz olunmuşdur. Foto sistemli epilyasiya cihazlarında tez-tez rast gəlinən sapphire şüşənin çatlaması problemi bu modeldə tamamilə aradan qaldırılmışdır.
Epilyasiya başlığında yerləşən flash lampa 1.000.000 və daha çox atış sayına malikdir, bu isə uzunmüddətli və xərcsiz istifadə imkanı yaradır.
Nexgen SHR cihazının tatu silmə və karbon pilinq prosedurları üçün nəzərdə tutulan ND:YAG lazer başlığı mavi rod və yüksək keyfiyyətli lampa ilə təchiz olunmuşdur. Bu xüsusiyyət sayəsində cihaz uzunmüddətli, xərcsiz istifadə təmin edir və döymələrin dəridə zərər yaratmadan, daha az seansda effektiv şəkildə silinməsinə imkan yaradır.
Foto sistemli cihazlarda tez-tez rastlaşılan epilyasiya zamanı qızma problemi, ardıcıl müştəri qəbuluna maneə yaradır. Nexgen SHR modeli bu problemi aradan qaldırmaq üçün yüksək keyfiyyətli su mühərriki və güclü dövriyyə sistemiilə təchiz edilmişdir. Bu sistem sayəsində lazer başlıqları və daxili hissələr optimal temperaturda saxlanılır, cihazın stabil işləməsi təmin olunur.


Texniki Dəstək

Müştərilər üçün təlimlər təşkil olunur, cihazın ölkənin istənilən bölgəsində ilkin quraşdırılması həyata keçirilir və düzgün istifadəsi barədə ətraflı məlumat təqdim edilir.
Cihazın mütəmadi yoxlanılması və istismar müddətində maksimum performansın təmin edilməsi üçün texniki xidmət göstərilir.
Zəruri ehtiyat hissələri və komponentlərin mövcudluğu təmin edilir.
Cihazda yaranan hər hansı nasazlıq və ya texniki problem 48 saat ərzində texniki servis tərəfindən aradan qaldırılır.
Bundan əlavə, müştərilərə uzaqdan texniki dəstəkxidməti təqdim olunur — zəng və ya video vasitəsilə köməklik göstərilir.


Zəmanət

Nexgen SHR modelinə AzCosmetics MMC tərəfindən 1 il rəsmi zəmanət təqdim olunur.
Zəmanət müddəti bitdikdən sonra da müştərilərə münasib qiymətlərlə texniki xidmət və ehtiyat hissələri təmin edilir.


Sertifikatlar

Nexgen SHR çoxfunksiyalı cihazı ölkəmizdə istifadəyə tam uyğunluğu təsdiqlənmişdir.
Digər məhsullar